Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı olub - FOTO

Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı olub - FOTO backend

Dağıdıcı zəlzələlərdən zərər çəkən Türkiyənin Kahramanmaraş vilayətində Heydər Əliyev adına ibtidai məktəbin açılışı baş tutub.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, açılış mərasimində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və onun türkiyəli həmkarı Yusuf Tekin iştirak ediblər.

Emin Əmrullayev bildirib ki, Azərbaycan və Türkiyənin qardaşlığı sadəcə sözdə deyil, həm də əməldədir. O qeyd edib ki, iki ölkə hər zaman birlik nümayiş etdirib ki, bu da bütün Türk dünyasının güclənməsi üçün önəmlidir.

Nazir, həmçinin, məktəbin açılması ilə bağlı bütün şəhər sakinlərini təbrik edib: “Buradakı müəllimlərə, şagirdlərə uğurlar diləyirəm. İstərdim ki, Heydər Əliyev adına bu məktəb Azərbaycandakı bir məktəblə qardaşlaşsın və şagird mübadiləsi həyata keçirilsin”.

Diaspora