Dərsliklərin əldə edilməsi ilə bağlı valideynlərə MÜRACİƏT EDİLDİ

 Dərsliklərin əldə edilməsi ilə bağlı valideynlərə MÜRACİƏT EDİLDİ backend

Yeni tədris ilinin başlamasına az qalıb.Bu məqsədlə, yerli təhsili idarəetmə orqanlarına dərsliklərin təhsil müəssisələrinə paylanması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, tədris ili başlamadan valideynlərdən övladlarının təhsil aldığı müəssisələrə yaxınlaşaraq dərslikləri məsul şəxslərdən təhvil almaları xahiş olunur.

Dərsliklərin vaxtında əldə olunması tədrisin səmərəli və fasiləsiz davam etməsi üçün vacibdir.

Valideynlər dərsliklərin təhvil alınması üçün müvafiq təhsil müəssisələri ilə əlaqə saxlayaraq proseslə bağlı əlavə məlumat əldə edə bilərlər.

Diaspora