Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ucqar dağ kəndi olan Kükü kənd tam orta məktəbinin məzunları ali məktəblərə qəbulda yüksək nəticələr göstəriblər.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Novruz Məmmədov məlumat verib.
O qeyd edib ki, bu il 100 yaşı tamam olan Kükü kənd Alahqulu Quliyev adına tam orta məktəbin 2023-2024-cü tədris ilini bitirən doqquz məzunundan səkkizi respublikanın müxtəlif universitetlərinə qəbul olub.
Qəbul olan məzunlardan dördü 500-700 intervalında bal toplayıb. Məzunlardan Turqay Məmmədov gümüş nişana, iki şagird isə fərqlənmə attestatına layiq görülüb.
