Bakıda Avropa Azərbaycan Məktəbində bu ilin oktyabr ayından başlayaraq 6-10 yaşlı uşaqlar üçün "Primary Plus" və 11-17 yaşlı yeniyetmələr üçün "Secondary Plus" kursları təşkil ediləcək.
QAZÌLER.AZ APA ya istinaden xəbərə verir ki, "British Council" Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən səlahiyyətləndirilmiş özəl təşkilat olan Avropa Azərbaycan Məktəbi ilə tərəfdaşlıq şərtlərində ekspert müəllimlərin keçdiyi maraqlı və interaktiv dərslər təklif edir.
Bu dərslərin köməyi ilə yaradıcılıq imkanlarını genişləndirmək, sosial bacarıqları inkişaf etdirmək və ingilis dilində ünsiyyət əminliyini artırmaq mümkün olacaq. Bu kursların məqsədi şagirdlərin qlobal dünya üçün zəruri olan ingilis dili bilikləri, yaradıcılıq və sosial bacarıqlarını inkişaf etdirməkdir.
"Primary Plus" kursları ekspert müəllimlərin apardığı maraqlı dərslərin köməyi ilə uşaqların təxəyyülünü inkişaf etdirmək üçün hazırlanıb. Kurs fərdi tapşırıqlar, canlı qrup dərsləri və istifadəsi asan onlayn təlim mərkəzində interaktiv fəaliyyətləri bir araya gətirən faydalı təlim təcrübəsi vəd edir.
Şagirdlər rahat və dəstəkləyici sinif mühitində liderlik, əməkdaşlıq və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirəcəklər.
"Secondary Plus" kursu isə yeniyetmələrin ingilis dilində əminliklə ünsiyyətdə olmaq üçün zəruri olan bacarıqları inkişaf etdirməsinə kömək edir. Bu kurslar yeniyetmələrin qətiyyətli, müstəqil və fərqli mədəniyyətlərə tolerant münasibət göstərən qlobal vətəndaş olmasına töhfə verir.
Ekspert müəllimlər müasir təlim metodlarından istifadə etməklə yeniyetmələrə yol göstərəcək, onları ingilis dilindən real situasiyalarda, universitetdə və iş yerində istifadə etməyə hazırlayacaq.
Avropa Azərbaycan Məktəbinin icraçı direktoru Françesko Bankini bildirib ki, Avropa Azərbaycan Məktəbi ilə British Council arasında tərəfdaşlıq mədəni anlaşmanı zənginləşdirərək, fərdi və peşəkar inkişafı təşviq edərək qapılarımızı qlobal imkanlara açacaq:
"Biz birlikdə şagirdlərimizin dünya ilə yeni və konstruktiv üsullarla qarşılıqlı əlaqədə olmasına şərait yaradırıq".
British Council-ın Qara dəniz və Geniş Avropa üzrə təlim klaster direktoru Kristofer Holms təşkil edilən kurslarla bağlı qeyd edib ki, Bakıda British Council-ın ingilis dili kurslarının qapılarını yenidən şagirdlərin üzünüzə açması sevindirici haldır:
“Bu kursların dəyərlərimizi paylaşan və dünya səviyyəli təhsil imkanları təklif edən son dərəcədə dəstəkləyici və peşəkar tərəfdaşla - Avropa Azərbaycan Məktəbi ilə birlikdə reallaşdırılması sevincimə sevinc qatır."
British Council-ın ölkə üzrə direktoru Nərgiz Hacıyeva Azərbaycanda şagirdlərlə tədrisə az qala on illik fasilə verilməsindən sonra Avropa Azərbaycan Məktəbi ilə tərəfdaşlıq şərtlərində Təlim mərkəzinin açılması münasibəti ilə çox şad olduğunu bildirib:
“Bu mərkəzin açılması uşaqların gələcəyinə qoyulan çox vacib investisiyadır".
Qeyd olunub ki, "Primary Plus" və "Secondary Plus" kurslarında tədris bu il oktyabrın 10-u başlayır və 2025-ci ilin iyunun 28-i sona çatır.
Ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün linkə keçid etmək lazımdır