50 264 namizəd arasından 5740 nəfər test imtahanı mərhələsindən uğur qazanaraq müsahibə mərhələsinə keçib.
QAZÌLER.AZ Lent.az-a istinaden xəbər verir ki, bunu Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Zenfira Sevdimalı deyib.
Onun sözlərinə görə, avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır. 10 minlərlə namizəd arasından seçilmiş 5740 nəfər müsabiqənin növbəti mərhələsinə - müsahibə mərhələsinə dəvət olunub.
Xatırladıb ki, iyulun 2-10-da baş tutan ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları mərhələsi başa çatıb.