Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 11-də inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirir.
Dövlət qulluğuna qəbul imtahanı
İmtahanda iştirak etmək üçün 2214 namizəd (o cümlədən BA qrupu üzrə 393, BB qrupu üzrə 1821) qeydiyyatdan keçib.
Namizədlər bu linkə daxil olub imtahana buraxılış vərəqəsini çap edə bilirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidirlər.
İmtahan saat 10:00-da başlanır.
Kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 9 binada təşkil olunacaq imtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 191 nəzarətçi və 33 buraxılış rejimi əməkdaşı ayrılıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan
Fəaliyyətin davam etdirilməsi üzrə imtahan vermək üçün AB qrupu üzrə 6, AC qrupu üzrə 14, BA qrupu üzrə 36, BB qrupu üzrə isə 155 olmaqla, ümumilikdə 211 namizəd qeydiyyatdan keçib.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı (AB, AC və BA qrupları) iştirakçıları bu linkə daxil olub buraxılış vərəqəsini çap edə bilirlər.
Kağız daşıyıcılar vasitəsilə keçiriləcək dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə qrupu) imtahanı iştirakçıları isə buraxılış vərəqəsini buradan çap edirlər.
Buraxılış vərəqəsində imtahanın yeri, vaxtı və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər.