“Çıraq HİİB” yeni layihənin icrasına başlayıb

“Çıraq HİİB” yeni layihənin icrasına başlayıb backend

“Çıraq Humanitar İnkişaf və İctimai Birliyi” “Azərbaycanın gənc alimlərinin həyat və fəaliyyətinin, elmi işlərinin, yaradıcılıq əlaqələrinin və digər məlumatlarının ictimaiyyətə tanıtdırılması” layihəsinin icrasına başlayıb.

Qaziler.az xəbər verir ki, adıçəkilən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra müddəti 01.06.2024 – 31.08.2023 tarixlərini əhatə edir.

Layihənin məqsədi elmi işləri, ideyaları, bilikləri və digər məlumatları ictimaiyyətə çatdırmağa imkan verən təşəbbüslər irəli sürərək edərək və yekunda gənclərə elm, oxumaq və inkişaf etmək ilə bağlı veb-sayt hazırlayaraq, Azərbaycanın gənc alimlərini ictimaiyyətə tanıtmaq, gəncləri oxumağa və elmi işlərə, yeni ideyalara, biliklərə yiyələnməyə təşviq etməkdən ibarətdir.

Layihənin benefisiar qrupu elmi işlərini, yaradıcı ideyalarını, biliklərini və digər məlumatları elmi və daha geniş ictimaiyyətə tanıtdırılmasında, bununla gənclərə töhfələr vermək marağı olan Azərbaycan alimləridir. 

Azərbaycanın gənc alimlərinə öz elmi işlərini, yaradıcı ideyalarını, işlədikləri elm sahəsi üzrə biliklərini, elmi-kütləvi məqalələrini, eləcə də digər aidiyyatı məlumatları geniş ictimaiyyətə tanıtdıraraq, hədəf qrupuna nümunə kimi, onları elmə, inkişafa, oxumağa və kəşflər etməyə yönəltmək.

Eyni zamanda belə təşəbbüslər özünə məxsus formada bizim alimlərimizə bizim cəmiyyətimizin müxtəlif kateqoriyada fərdləri üçün xüsusi əhəmiyyəti olan maarifçilik vəzifəsinin yerinə yetirilməsini də təmin edəcək.

Layihənin davamlılığını məzmunu istənilən alimin elmi işləri, yaradıcı ideyaları, işlədiyi elm sahəsi üzrə bilikləri, elmi-kütləvi məqalələri, eləcə də digər aidiyyatı məlumatları olan universal məlumat forması təmin edəcək. Belə bir veb-sayt eyni zamanda özünə məxsus formada cəmiyyət üçün xüsusi əhəmiyyəti olan maarifçilik vəzifəsinin yerinə yetirilməsi mümkün olacaq.

Beləliklə o özünü elmi və geniş ictimaiyyətə tanıtdırmaq, əlaqələrini möhkəmləndirmək, yeni tədqiqatlara cəlb olunmaq və gəncləri alimliyə səsləmək şanslarını artıracaq.

Diaspora