Lisey və gimnaziyalara qəbul imtahanında yüksək bal toplayan uşaqların sayı açıqlanıb

Lisey və gimnaziyalara qəbul imtahanında yüksək bal toplayan uşaqların sayı açıqlanıb backend

Bir sıra lisey və gimnaziyalara qəbul imtahanında 22 minə yaxın uşaq minimal keçid balını toplayıb.

"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib.

O bildirib ki, lisey və gimnaziyaların seçimi prosesi yekunlaşmaq üzrədir.

O.Abbasov xatırladıb ki, iyunun 21, 22 və 23-də keçirilən imtahanlarda ümumilikdə 26 518 nəfər iştirak edib:

"21 684 nəfər 10 baldan yüksək, 1610 nəfər şagird isə 40 baldan yüksək nəticə göstərib. Hazırda minimum 10 ballıq nəticəyə malik şagirdlərin lisey seçimi yekunlaşmaq üzrədir. Bu mərhələdə şagirdlərə 3 lisey seçmək hüququ verilir. Hər 3 seçimi etmək zəruri deyil. Proses yekunlaşdıqdan sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcəklər. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil".

Diaspora