Qəbul imtahanında 657,1 bal toplayan Fidan İbişova Qarabağ Universitetini seçəcək.
Oxu.Az xəbər verir ki, bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım edilib.
Qeyd edək ki, F.İbişova Füzuli rayonu, Qayıdış qəsəbəsi, 7 nömrəli tam orta məktəbin məzunudur.
Xatırladaq ki, qəbul imtahanında 654 bal toplayan Əli Rüstəmzadə də Qarabağ Universitetini seçəcək.
