Gələn il sertifikatlaşdırmaya hansı fənn müəllimləri cəlb olunacaq? - Nazir açıqladı

Gələn il sertifikatlaşdırmaya hansı fənn müəllimləri cəlb olunacaq? - Nazir açıqladı backend

Gələn il hansı fənn müəllimlərinin sertifikatlaşdırmaya cəlb olunacağı növbəti aylarda açıqlanacaq.

Trend xəbər verir ki, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bizim həm təbiət, həm sosial, bədən tərbiyə, təsviri incəsənət və digər fənn müəllimlərimiz qalıb.

 

"Yəqin ki, növbəti sertifikatlaşdırmaya cəlb olunmada hansısa qarışıq modeldən istifadə olunacaq" - deyə nazir qeyd edib.

Diaspora