Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azad Müəllimlər İctimai Birliyinin “Azad torpaqlara qayıdış!” Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və qiymətləndirmə bacarıqlarının inkişafına xidmət edən maarifləndirmə tədbirləri layihəsi çərçivəsində 24 iyun 2024-cü ildə Bakı şəhər 35 nömrəli tam orta məktəbdə ilk dəyirmi masa təşkil olunub.
İlk öncə müəllimlər qiymətləndirmənin mahiyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Daha sonra müasir qiymətləndirmənin xüsusiyyətləri müzakirə olunaraq, sadalanıb. Müəllimlərin formativ qiymətləndirmə meyarlarının çixarılması bacarıqlarının inkişaf etdirilməsi məqsədilə praktik iş təşkil olunub. İştirak edən müəllimlər təlimin məqsədinin xüsusiyyətlərini SMART abriverturasının açıqlaması ilə müəyyənləşdiriblər. Təlimin sonunda riyaziyyat və ingilis dili fənn müəllimlərinin sertifikatlaşdırılması imtahanında iştirak edən müəllimlərin xahişi ilə layihə rəhbəri Pərvanə Talıbova və təlimçi Nüşabə Mehtiyeva müəllimlərlə birgə fikir mübadiləsi aparıb.