Magistratura imtahanında yüksək bal toplayanların sayı azalıb

Magistratura imtahanında yüksək bal toplayanların sayı azalıb backend

Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları iki dəfə - 11 fevral və 28 aprel tarixlərində keçirilib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahanın hər iki cəhdi ilə bağlı ümumi statistik göstəriciləri və bəzi göstəricilərin ötən il keçirilən imtahanlarla müqayisəsinə aid məlumatları təqdim edirik. Nəzərinizə çatdırırıq ki, hazırki müqayisə şərti xarakter daşıyır və bakalavrlara ixtisaslaşma seçimi zamanı kömək məqsədilə təqdim olunur. Belə ki, bu il imtahan yeni modelə əsasən keçirilib və iştirakçılara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 20 test tapşırığı olmaqla, ümumilikdə 95 test tapşırığı təqdim olunub. Bakalavrların xarici dil üzrə yazı bacarıqları esse ilə yoxlanılıb. İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplamaq imkanına malik olublar. İmtahanda toplanılan bilən maksimum bal əvvəl kimi 100 bal olub.

2024-cü ildə keçirilən imtahanlarda, ümumilikdə 24858 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 24118 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 740 nəfər daha çox olub.

Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 48-dən yüksək (median 48.55) olub. Ötən il isə bu göstərici 54 bala yaxın (median 53.90) idi. Xarici dil üzrə ənənəvi test tapşırıqlarının sayının azaldılması, həmçinin bu il ilk dəfə tətbiq olunduğu üçün essedən toplanılan bala hər hansı məhdudiyyətin qoyulmaması səbəbilə esse yazmaqdan imtina göstəricilərinin çox olması ümumi nəticələrin nisbətən aşağı düşməsinə təsir göstərib.

Bu il 90 va daha yuxarı bal toplayanların sayı 44 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 458 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 2106 nəfər olub. Ötən il analoji göstəricilər 161, 1119 və 4006 nəfər idi. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı daha azdır.

Aşağıdakı cədvəllərdə bakalavrların 2024 və 2023-cü illərdə keçirilən imtahanlarda topladıqları ballar üzrə histoqramlarla tanış ola bilərsiniz.

Magistratura - 2024

 

Bakalavrların sayı: 24858

Ballar üzrə histoqram

Bal
intervalları
Bakalavrların
sayı
(tezliklər)
0 - 30 2301
30 - 35 1932
35 - 40 2613
40 - 45 3204
45 - 50 3351
50 - 55 3069
55 - 60 2707
60 - 65 2100
65 - 70 1475
70 - 75 1035
75 - 80 613
80 - 85 279
85 - 90 135
90 - 95 39
95 - 100 5

Magistratura - 2023

Bakalavrların sayı : 24118

Ballar üzrə histoqram

Bal
intervalları
Bakalavrların
sayı
(tezliklər)
0 - 30 1670
30 - 35 1254
35 - 40 1863
40 - 45 2261
45 - 50 2732
50 - 55 2924
55 - 60 2825
60 - 65 2527
65 - 70 2056
70 - 75 1737
75 - 80 1150
80 - 85 633
85 - 90 325
90 - 95 132
95 - 100 29
Diaspora