Nazirlik biabırçılığı ortaya qoydu - Sabiq nazir

Nazirlik biabırçılığı ortaya qoydu - Sabiq nazir backend

Müəllim hazırlığı belə olmamalıdır. Kimə gəldi “müəllim” deyirlər. Kollec bitirən, pulla diplom alan müəllim olur. Müəllim yetirşdirmək üçün fakültələr olmalıdır. Orada pedaqoqlar işləməlidir.i

QAZÌLER.AZ  Axar.az-a istinaden verdiyi melumata göre, bu sözleri keçmiş təhsil naziri Firudin Cəlilov müəllimlərin cavablandıra bilmədiyi bəsit sualların ictimailəşdirilməsi ilə bağlı yaranan narazılığa münasibət bildirərkən deyib.

O bildirib ki, bu sualların ictimailəşdirilməsinə iradı yoxdur, lakin sualların tərtibi düz deyil:

“Bu sualları ictimailəşdirməkləri səhv addım deyil, biabırçılığı açmaq lazımdır. Bu məsələdə Təhsil Nazirliyinə iradım yoxdur. Açıb qoyur ortaya ki, budur və bunlarla təhsili necə irəli aparsınlar? Amma bu müəllimləri kim hazırlayır, məsələ bundadır”.

Cəlilovun sözlərinə görə, problem müəllim hazırlığının düzgün formalaşmamasındadır:

“Mən hələ o vaxt Pedaqoji Akademiya yaratmaq istəyirdim ki, müəllimlər orada hazırlansın. Müəllimlik özəl bir sənətdir. Hər adamdan müəllim olmaz. BDU və APU-da filologiya ixtisası var. Baxmayaraq ki, BDU-da dərs deyən müəllimlər daha tanınmış mütəxəssislərdir, tələbələri daha hazırlıqlı olur, amma buranı bitirənlərin çoxu zəif müəllim olur. Amma Pedoqoji Universitetdə oxuyanlar zəif filoloq olsa da, yaxşı müəllim kimi yetişdirilir. Çünki burada pedaqoji təhsil verirlər. Müəllimlər məktəbdə dərəcə almalıdılar. Bu dərəcələrə görə də onlara maaş verilməlidir. Dərəcəni isə nə nazirlik, nə də hansısa komissiya yox, kollektiv özü verməlidir. Belə olanda müəllim çalışır ki, öz üzərində işləsin. Bizim bu sistemdə müəllimin öz üzərində çalışmaq anlayışı yoxdur. Formal olaraq müəllimləri hazırlayan kurslar var. Bu gün müəllimin rəzil günə düşməsində müəllim hazırlayan təhsil ocaqları günahkardır”.

Təhsil üzrə ekspert Elçin Əfəndi isə bildirib ki, bu addım müəllimlərin nüfuzdan və gözdən salınmasına yönəldilməyib:

“4 min nəfərə yaxın müəllim müsabiqə şərtini ödəməyib. Bu şəxslərin konkret adları açıqlansa idi, o zaman nazirliyin bu addımı düzgün olmazdı. Faktiki olaraq elementar səviyyədə olan sualın cavabını müəllim yaza bilməyib. Bu addım müəllimlərin nüfuzdan və gözdən salınması üçün atılmayıb. Şərti ödəyə bilməyən müəllimlər sabah qərəzli danışmasın, bu qədər insanın niyə kəsildiyi əyani şəkildə cəmiyyət üçün aydın olsun deyə, bu sualların yayılması lazımdır. Bunu müsbət qiymətləndirirəm.

Adama təsir edən budur ki, ən primitiv sualların cavabını bilmədən necə dərs demək olar?”

Diaspora