Türkiyə-Azərbaycan Universitetinin rektoru azərbaycanlı olacaq.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ali təhsil müəssisəsinin tədris binası şəhərin mərkəzindəki binalardan biri olacaq: "Prosedurlar rəsmiləşdikdən sonra ictimaiyyətə elan ediləcək".