Azərbaycandan ABŞ-a tələbə vizalarında artım müşahidə edirik.
QAZÌLER.AZ Trend-ə istinaden verdiyi melumata göre, bunu açıqlamasında ABŞ-ın Azərbaycandakı səfirliyinin vitse konsulu Dena Koneli deyib.
O qeyd edib ki, kateqoriyalar üzrə vizalara, xüsusən də tələbə vizalarına davamlı tələbat görürük.
“Son bir neçə ildə bu rəqəmlərin artdığını görürük və bu tendensiya davam edir.
Ümumilikdə biz bütün müxtəlif növ viza müraciətlərinə baxırıq. Biz həmçinin ziyarətçi vizası, turist vizaları, tələbə vizaları, iş vizaları daxil olmaqla bütün müxtəlif növ vizalar müraciətlərini təhlil edirik.
Deyərdim ki, ABŞ-da işləmək üçün iş vizaları üçün müraciətlər çox deyil”, - deyə o əlavə edib.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarında təhsil almağa maraqlı olan orta məktəb şagirdləri və universitet tələbələri, eləcə də onların valideynləri üçün “EducationUSA” məzun sərgisi təşkil olunub. Sərgi ABŞ-nin Bakıdakı səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
“EducationUSA” məzun sərgisi ABŞ-də təhsil ilə maraqlanan şəxslər üçün böyük imkanlar təqdim edir. Sərgidə ABŞ səfirliyinin mübadilə proqramları və 35-dən çox ABŞ universiteti təmsil olunub. Həmçinin səfirliyin konsulluq xidmətinin əməkdaşları iştirakçılara tələbə vizaları ilə bağlı məlumat veriblər.