Azad Müəllimlər İctimai Birliyinin  2024-cü il qrant müsabiqəsi çərçivəsində ilk dəyirmi masası keçrildi

Azad Müəllimlər İctimai Birliyinin   2024-cü il qrant müsabiqəsi çərçivəsində  ilk dəyirmi masası keçrildi backend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azad Müəllimlər İctimai Birliyinin “Azad torpaqlara qayıdış!” Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və qiymətləndirmə bacarıqlarının inkişafına xidmət edən maarifləndirmə tədbirləri layihəsi çərçivəsində 31 may 2024-cü ildə Bakı şəhər 35 nömrəli tam orta məktəbdə ilk dəyirmi masa təşkil olundu.   

Dəyirmi Masada müəllimlər və layihənin işçi qrupunun üzvləri iştirak edirdi.

Azad Müəllimlər İctimai Birliyinin sədri Pərvanə Talıbova iştirakçıları salamlayaraq, layihə haqqında məlumat verərək bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edən qiymətləndirmə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, Bakı şəhərinin qabaqcıl məktəbləri ilə onların əməkdaşlığının qurulması və təhsil yeniliklərinin mübadiləsi layihənin məsədini təşkil edir. Bununla əlaqədar Zəngilan rayon Ağalı kənd tam məktəbi ilə Bakı şəhər 35 nömrəli tam məktəbdə təlimlər keçirilməsi planlaşdırılır. Növbəti çıxışçı Bakı şəhər 35 nömrəli tam məktəbin direktoru Rəna Naibova çıxışı zamanı Azad Müəllimlər İctimai Birliyinin sədri Pərvanə Talıbovaya təşəkkür edərək bildirdi ki, rəhbərlik etdiyi orta məktəb respublikamızın qabaqcıl təhsil müəssələrindən biridir. İşğaldan azad olunmuş ərazilərdə təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, qiymətləndirmə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi kimi proseslərdə yaxından iştirak etməkdən çox məmnundur. Layihənin sosioloqu Taleh Əliyev layihə çərçivəsində keçriləcək təlimlərə cəlb olunacaq müəllimlər arasında çorğu keçriləcəyinin və həmin sorğunun nəticələrinə əsasən təlim iştirakçılarının müəyyən olunacağını bildirərək iştirakçılara uğurlar arzuladı. Təlimçi Nüşabə Mehtiyeva keçriləcək təlimlər haqqında geniş məlumat verdikdən sonra mövzu ətrafında müəllimlərin iştirakı ilə geniş fikir mübadiləsi aparıldı.

Diaspora