“Qarabağ Universitetinə bu il əcnəbi tələbə qəbulu nəzərdə tutulmayıb”.
AzVision.az xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.
Direktor bildirib ki, Qarabağ Universiteti kontekstində hələlik belə bir plan yoxdur.
“Əcnəbi tələbə qəbulu üçün ilk növbədə universitet özünü tanıtmalıdır. Nəzərə alsaq ki, hələ bizim təhsil müəssisəmiz universitetlərdən ibarət bazalarda yoxdur. Olmaması da normaldır, çünki hələ fəaliyyətə başlamayıb. Lakin növbəti illərdə, yəqin ki, əcnəbi tələbə qəbulu da aparılacaq”, - deyə o qeyd edib.