Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
İmtahan iştirakçıları arasında 4 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Oxu.Az-ın əməkdaşı imtahanda 300 bal toplayan bir neçə məktəbli ilə danışıb.
Onlardan biri Mingəçevir şəhəri, Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey şagirdi Aylin Xəlillidir.
“Bu nəticəni gözləyirdim. Müəllimlərin də çox əziyyəti oldu. Suallar orta səviyyədə idi. Çətin gəlmədi. IV ixtisas qrupuna hazırlaşıram. Həkim olmaq ən böyük arzumdur. Xaricdə ali təhsil alıb, ölkəmə qayıtmağı düşünürəm. Ölkəmə fayda vermək istəyirəm. Ailədə həkim yoxdur. Ailəm də buna görə həkim olmağımı istəyirlər. İki il sonraya 700 balı hədəfləmişəm”.
Bakı şəhəri, 270 saylı orta məktəbin şagirdi Nəsib Alıyev isə riyaziyyat fənninin bir qədər çətin olduğunu qeyd edib:
O, həkim olmaq istədiyini qeyd edib:
“Çox yaxşı oxuyuram. Nəticəm gözlənilməz olmadı. Dərslərə daim yaxşı hazırlaşmışam. Ailəm də gözləyirdi. İmtahan asan idi. Riyaziyyat bir qədər çətin idi. IV ixtisas qrupu üzrə hazırlaşıram. 5-ci sinifdən həkim olmaq istəyirəm. Uşaqlıq arzumdur. Tibb Universitetində oxumağı düşünürəm. Hələ ki, xaricdə təhsili düşünmürəm”.