Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır -  YENİLƏNİB backend

Özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Apa-ya bildirilib ki, cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək.

“Valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi (https://sy.edu.az/login) təmin edilə bilər.

Əlavə sualı olan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri (https://bakimektebleri.edu.az/) haqqında məlumat ala bilərlər.

Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər”, - məlumatda qeyd olunub.

***

14:31

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.

APA xəbər verir ki, bu barədə valideynlərə məktub göndərilib.

Məktəb Administrasiyasından APA-ya faktı təsdiq ediblər. Bildirilib ki, liseyin fəaliyyətini dayandırmasının səbəbi kommersiya problemləridir.

Diaspora