Martın 3-də və 10-da keçirilən buraxılış imtahanlarında ölkə üzrə rekord göstərici qeydə alınıb.
İllər sonra ümumilikdə 53 nəfər maksimum nəticə göstərib.
Abituriyentlərin belə uğurlu nəticəyə imza atması imtahanlarla bağlı bəzi suallar doğurub.
Bəs nə baş verdi ki, əvvəllər maksimum nəticə göstərənlər barmaqla sayılacaq qədər olduğu halda, onların sayı bu il dəfələrlə artdı?
Təhsil eksperti Elçin Murad imtahanlardakı yüksək nəticələri ötən illərə nisbətən sualların asan olması ilə əlaqələndirib.
Onun sözlərinə görə, burada abituriyentlərin bilik səviyyəsinin yüksək olması da mühüm rol oynayıb.
Ekspert bildirib ki, bu il abituriyentlər arasında ixtisas seçimində rəqabət güclənəcək.
Bununla belə Dövlət İmtahan Mərkəzi bu dəfə məsələyə fərqli yanaşıb.
Daha ətraflı “Xəzər Xəbər”in süjetində: