Mayakovskinin əsərlərinin ən nadir nəşri hərraca çıxarıldı

Mayakovskinin əsərlərinin ən nadir nəşri hərraca çıxarıldı backend

Fevralın 15-də Sankt-Peterburqdakı “Litfond” Hərrac evinin filialında fərdi Peterburq kolleksiyalarında rus klassikləri və avanqardistlərin nadir nəşrlərinə həsr olunmuş hərrac keçiriləcək.

QAZİLER.AZ  Trend -ə istinadən xəbər verir ki, gecənin mərkəzi lotlarından biri Vladimir Mayakovskinin həyatda olarkən ən maraqlı və əhəmiyyətli nəşrlərindən biri - “41°” Tiflis futuristik qrupunun iştirakçısı Kirill Zdaneviçin illüstrasiyaları ilə tərtibatı verilmiş “Hər səhifədə gah fil, gah dişi şir” (1928-ci il) şeiri olacaq.

Bu şeir haqqında Mayakovskinin 1926-cı ilin may ayında dərc edilmiş “Siz nə yazırsınız” məqaləsində xatırlatma var. Kitabın özü yalnız 1928-ci ilin mart ayında “Zakkniqa” nəşriyyatında rus və gürcü dillərində işıq üzü görüb. Lot üçün ilkin təklif 400 min rubl təşkil edir.

Keçiriləcək hərraca şairin ikinci kitabı – Erenburqun avtoqrafı ilə “Mayakovski. Proloq və epiloqlu iki pərdəli tragediya” (1914-cü il) da çıxarılıb. Bu nəşrin Mayakovskinin Rusiya şəhərlərinə zəfər turnesindən dərhal sonra buraxılması gənc şairin artıq ümumrusiya miqyasında yayılan şöhrətini təsdiq etmək məqsədi daşıyırdı. Həmin nüsxə antikvar bazarda çox nadir bir tapıntıdır, onun “Litfond” hərracında son satışı 320 min rubl təşkil edib. Keçiriləcək hərracda ilkin təklif 100 min rubl təşkil edir.

 

 

Diaspora