Kürdəmirdə yerləşən məktəbdə qızılcaya görə davamiyyət aşağıdır? - RƏSMİ AÇIQLAMA

Kürdəmirdə yerləşən məktəbdə qızılcaya görə davamiyyət aşağıdır? -  RƏSMİ AÇIQLAMA backend

Ötən gün sosial media hesablarında Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Kürdəmir rayonu M.Seyidov adına Qurdlar kənd ümumi orta məktəbində şagirdlərin tədris prosesinə davamiyyətinin aşağı olması və qızılca adlanan xəstəliyə yoluxması ilə bağlı məlumat əks olunub.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şagirdlərin qızılca adı xəstəliyə yoluxması ilə bağlı hazırda rəsmi məlumatımız yoxdur. Sözügedən halla bağlı (sağlamlıq ilə bağlı) diaqnozun müvafiq səhiyyə müəssisələri tərəfindən aparıldığını nəzərə alaraq, aidiyyəti üzrə bu barədə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət olunması tövsiyə olunur.

Həmçinin qeyd olunub ki, Kürdəmir rayonu Qurdlar kənd ümumi orta məktəbinin direktoru Abdurahman Umudovdan alınmış izahat əsasında bildirilir ki, o kütləvi informasiya vasitələrinə açıqlama zamanı şagirdlərin qızılca xəstəliyinə yoluxması ilə bağkı fikirlər səsləndirmədiyi və dörd, beş nəfər şagirdin sadəcə dərsə davamiyyətinin olmaması və valideynlərdən alınmış məlumat əsasında müxtəlif mövsümü xəstəliklərə yoluxduğu bildirilib.

Diaspora