Rusiyada məktəblərdə müəllim çatışmazlığı yaranıb

Rusiyada məktəblərdə müəllim çatışmazlığı yaranıb backend

Rusiyanın ən azı 20 regionunda əsas fənlər üzrə məktəb müəllimlərinin çatışmazlığı yaşanır.

Qaziler.az “İzvestiya”ya istinadla xəbər verir ki, Rusiyada riyaziyyat, rus dili və ədəbiyyatı, xarici dillər və fizika fənlərinin tədrisi ilə bağlı çətin vəziyyət yaranıb.

Xüsusilə, Oryol, Vladimir, Maqadan, Tümen vilayətlərində, həmçinin Yamal, Çuvaşiya və Xantı-Mansiyskdə müəllim çatışmazlığı qeydə alınıb. Müəllim çatışmazlığını məktəblilərin valideynləri də təsdiqləyib. Müəllimlərin fikrincə, bu, maaşların az, işin isə çox olması ilə bağlıdır.

“Eyni zamanda, regionların 40 faizində maaşlar minimum əmək haqqının yarısından çox deyil. Müəllimlər üçün ən aşağı əmək haqqı Qaraçay-Çərkəz, Yəhudi Muxtar Dairəsi, Voloqda vilayəti və Altaydadır - 5 min rubldan azdır”, - “Müəllim” təhsil işçilərinin regionlararası həmkarlar ittifaqının katibi Olqa Miryasova bildirib.

QAZİLER.AZ

Diaspora