Türkiyənin məşhur İKSAD Beynəlxalq Akademik Nəşriyyat Evinin “Elmi tədqiqatlarda son inkişaflar II” (“Recent developments in scientific research II”) adlı kitabı nəşr olunub. Beş fəsildən ibarət olan kitabın dördüncü fəslində Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimləri - akademik Vaqif Fərzəliyev və kimya elmləri doktoru, professor Əfsun Sucayevin Türkiyənin Atatürk və Bartin universitetlərindən olan həmkarları ilə apardıqları tədqiqatların nəticələrindən bəhs edilir.
QAZILER.AZ. AZƏRTAC-a istinaden verdiyi xebere göre, bu haqda Aşqarlar Kimyası İnstitutundan məlumat verilib. Bildirilib ki, “N-əvəzli tiokarbamid və feniltiokarbamidin N-əvəzolunmuş yeni tsiklik törəmələrinin bioloji fəallıqları: sadədən mürəkkəbə doğru” adlanan icmal məqalədə kimyaçı alimlər tərəfindən son 10 ildə zərif üzvi sintezin və nəzəri hesablamalar kimyasının imkanlarından istifadə etməklə kimyəvi reaksiyaların sadədən mürəkkəbə doğru təsir mexanizminin fundamental elmi əsaslarının yaradılması istiqaməti üzrə aparılan tədqiqatların müqayisəli nəticələri verilib.
Qeyd edək ki, İKSAD Beynəlxalq Akademik Nəşriyyat Evi 2014-cü ildə Türkiyədə İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu tərəfindən təsis olunub.