12 illik tədrisə keçməliyik - Ekspert

12 illik tədrisə keçməliyik - Ekspert backend

Orta məktəblərdə təhsilin müddətinin uzaldılması tədris yükünün paylanmasına və yüngülləşməsinə gətirib çıxaracaq.

QAZİLER. AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov 12 illik təhsil sisteminə keçidin əhəmiyyətindən bəhs edərkən deyib.

“Ölkəmizdə 11 illik sistem tətbiq olunur və 12 illik təhsilə keçilməsi planlaşdırılıb. Bu müddəanı bir neçə şərtlə əsaslandırmaq olar. Əvvəla, Dövlət Strategiyasında göstərildiyi kimi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə ümumi daxili məhsulun 3-6 faiz artmasına gətirib çıxarır. İkinci, 12 illik ümumi təhsil sisteminə keçid dünyanın bu standartlarla işləyən çox sayda ölkələri ilə müəyyən təhsil mübadilələrinin səmərəli qurulmasına imkan yaradır. Üçüncü, ümumi təhsilin dəyəryönümlü məqsəd daşıması, şəxsiyyətin, vətəndaşın formalaşmasına xidmət etməsi missiyası özlüyündə təhsil müddətinin uzun olmasını tələb edir. Başqa sözlə, dəyərlərin mənimsənilməsinin keyfiyyəti xarakter etibarı ilə ümumi təhsilin müddətindən daha çox asılıdır. Belə olduğu təqdirdə davamlı təhsilin daha möhkəm bünövrəsinin yaradılması üçün imkan yaranmış olur”, - Kamran Əsədov bildirib.

Ekspertin sözlərinə görə, təhsil modelləri yaradılarkən vəzifələr düzgün müəyyənləşməli, şərtlər nəzərə alınmalıdır.

“Təhsil haqqında” Qanunda ümumi təhsilin məqsədi xüsusi olaraq göstərilmişdir: “Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını tələb edir. Bunların təmin olunması üçün isə müddət əsas şərtlərdən biridir”.

 

 

    

Diaspora