Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 17-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənnindən danışıq bloku üzrə imtahan keçirir.
QAZİLER.AZ AZƏRTAC-a istinadən bildirir ki, danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq.