Bakı şəhərində fəaliyyət göstərən əksər məktəblərdən valideynlərə xəbər göndərilib.
Oxu.Az-ın məlumatına görə, xəbərdarlıq zəlzələ ilə bağlı olub.
Belə ki, zəlzələnin yenidən olması ehtimalı ilə şagirdləri evə göndəriblər.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16 radələrində Xəzər dənizində zəlzələ baş verib.
Yeraltı təkanlar 5,6 maqnitudada olub, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.