Qarabağ Universitetində tədris gələn ilin sentyabrında başlayacaq

Qarabağ Universitetində tədris gələn ilin sentyabrında başlayacaq backend

"Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədris gələn ilin sentyabrında başlayacaq".

"Report"un məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib ki, ali məktəbdə 1000 tələbənin təhsil alması planlaşdırılır.

O bildirib ki, professor və müəllim heyətinin intensiv modullar əsasında Xankəndinə səfəri və onlayn qaydada tədrisin təşkili nəzərdə tutulur: "30-40 akademik heyətin orada daimi yerləşməsi planı da var. İlkin mərhələdə müəllimlərin bir qismi yaxın ərazidə yaşayacaqlar".

E.Əmrullayev vurğulayıb ki, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları əsasında I kurs tələbələri, SABAH qruplarında təhsil alan gənclərin orada təhsil alması mümkün olacaq: "Bundan başqa, mübadilə proqramları və ya ikili diplom proqramları da işlək olacaq. I mərhələdə 4 fakültənin olması planlaşdırılır. Növbəti mərhələdə ixtisas seçimlərinin sayı artırılacaq".

Diaspora