Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı açıqlanıb.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, yerli təhsili idarəetmə orqanları tərəfindən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsi üzrə test və müsahibə mərhələsində uğur qazanan namizədlərin şəxsi səhifələrində qeyd olunan faktiki yaşayış yeri və imtahan nəticəsinə uyğun vakansiyalara yerləşdirilməsi aparılacaq.


