Şəki-Zaqatala bölgəsi gənclərinə şəxsi inkişaf və komanda işi barədə təlimlər keçirilib

Şəki-Zaqatala bölgəsi gənclərinə şəxsi inkişaf və komanda işi barədə təlimlər keçirilib backend

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə həyata keçirilən “Növbəti stansiya Gənclik” layihəsinin bölgələrdə icrası davam edir.

GİKM-in Şəki-Zaqatala regional nümayəndəliyindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şəki, Qax, Zaqatala və Balakən gənclərini də əhatə edən layihə çərçivəsində gənclərə “Komanda quruculuğu”, “Şəxsi inkişaf”, “Zamanın idarə edilməsi” mövzularında təlimlər keçirilib. Təlimlər müxtəlif qrup işləri və enercayzerlərlə yekunlaşıb.

Sonda iştirakçı gənclər sertifikatlarla təltif olunublar.

 

 

Diaspora