Bakıda iki təhsil müəssisəsindən ŞİKAYƏT: Direktor pul yığır - FOTO

Bakıda iki təhsil müəssisəsindən ŞİKAYƏT: Direktor pul yığır - FOTO backend

Bakıdakı Məktəb-Lisey Kompleksinin və 267 nömrəli tam orta məktəbin direktorlarından şikayət var.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Valideynlər iddia ediblər ki, Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva pul qarşılığında dərs növbələrini dəyişir:

“Üçüncü sinif rus bölmələrini ikinci növbəyə atır. Səbəb isə Azərbaycan növbəsində olan şagirdlərin əlavə məşğələlərə getməsinə pul qarşılığında şərait yaratmaqdır”.

Eyni zamanda, iddia edilib ki, 267 nömrəli tam orta məktəbin direktoru Rəna Ağazadə uşaqların siniflərini dəyişdirib və təmir üçün valideynlərdən pul tələb edir.

Hər iki məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəblərin dərs günləri və növbəli iş rejimi müəssisənin layihə tutumu və mövcud təhsilalanların sayı əsasında təhsil müəssisəsinin Pedaqoji Şurasının verdiyi qərara əsasən tənzimlənir:

“Yeni tədris ilində Məktəb-Lisey Kompleksində bütün III siniflər üçün tədris prosesi II növbədə həyata keçiriləcək”.

BŞTİ-dən əlavə edilib ki, 267 nömrəli tam orta məktəblə bağlı qeyd edilən məsələ ilə əlaqədar müvafiq araşdırma aparılacaq:

“Araşdırmanın nəticələri barədə məlumat veriləcək”.

Diaspora