Türkiyədə məktəblərdə sınaq sistemi dəyişib - sinifdə qalma dövrü geri qayıdıb

Türkiyədə məktəblərdə sınaq sistemi dəyişib -  sinifdə qalma dövrü geri qayıdıb backend

Bu gün Türkiyədə yeni tədris ilinin ilk zəngi çalınıb.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, ölkənin Milli Təhsil Nazirliyinə bağlı ibtidai və orta təhsil müəssisələrində təxminən 20 milyon şagird və 1,2 milyona yaxın müəllim üçün ilk dərs başlayıb.

Nazirlik bu il təhsil və təlim proseslərində bir sıra dəyişikliklər edib.

Qanunvericilik aktları ilə orta məktəblərdə dərsdən yayınma şərtləri yenidən bərpa edilib, açıq təhsilə keçid çətinləşdirilib. Bu kontekstdə yalnız müstəsna şəraitdə olan tələbələr açıq liseylərə yazıla biləcəklər.

Bundan başqa, orta məktəblərdə şagirdlərin orta qiyməti 50-dən yuxarı olmaqla sinifdən sinfə keçmə icazəsinə son qoyulub. İlin sonunda müvəffəqiyyət balı 50 olmaq şərti ilə maksimum 1 dərsdən kəsilənlər birbaşa növbəti sinfə keçə biləcəklər.

Yeni dərs ortalaması 50 olan tələbələr arasında maksimum 3 dərsdən uğursuz olanlar növbəti sinfə keçəcək, lakin 4 və daha çox dərsdə zəif olanlar isə sinfi yenidən oxuyacaqlar.

Aşağı siniflər də daxil olmaqla, ümumilikdə 6-dan çox dərsdən uğurlu qiymət ala bilməyənlər sinfi təkrar oxuyacaqlar.

Bu təcrübə 2023-2024 tədris ilindən başlayaraq mərhələli şəkildə həyata keçiriləcək.

Həmçinin, artıq orta məktəblərdə dərsdən yayınma hallarına görə dəvamiyyət tətbiq edilməyəcək və tələbələr gəlmədikləri hər gün üçün əlavə 1 saat sosial məsuliyyət işi görəcəklər.

Yeni dəyişiklik çərçivəsində bu ildən etibarən ibtidai məktəbin 4-cü sinfində yazılı imtahan saatları tətbiq edilməyəcək və IV sinifdə şagirdin qiyməti onun inkişafına uyğun veriləcək.

QAZİLER.AZ

Diaspora