Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir neçə məktəbdə bir sinfin bütün şagirdləri yüz faizlik nəticə göstərərək tələbə adını qazanıblar.
İdarədən Lent.az-a verilən xəbərə görə, paytaxtdakı 13, 53, 85, 114, 300, 302, 307 nömrəli tam orta məktəblərin, və 220, 299 nömrəli məktəb-liseylərin hər birində bir sinfin bütün şagirdləri ali təhsil müəssisələrinə qəbul olublar.
Bundan əlavə, 287 nömrəli "Zəkalar" liseyinin isə 5 sinfi yüz faiz nəticə göstərib.