Hansı qrupda neçə yer boş qalıb? - Abituriyentlərin DİQQƏTİNƏ

Hansı qrupda neçə yer boş qalıb? -  Abituriyentlərin DİQQƏTİNƏ backend

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul imtahanlarının nəticələrini açıqlayıb. Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edən 70 301 nəfərdən 51 941 nəfəri tələbə adını qazanıb.

Modern.az-ın məlumatına görə, ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanandan sonra hansı qrupda nə qədər boş yerin qaldığı müəyyənləşib.

Belə ki, universitetlərdə:

I ixtisas qrupu üzrə: 1 753 yer.

II ixtisas qrupu üzrə: 357 yer.

III ixtisas qrupu üzrə: 1 174 yer.

IV ixtisas qrupu üzrə: 234 yer.

V ixtisas qrupu üzrə: 383 yer boş qalıb.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı həftə sonunadək “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

DİM bildirib ki, boş qalan yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Diaspora