“Ailələrə Sosial Dəstək” İctimai Birliyi “Təhsilli gələcəyə sahib olaq" layihəsinin icrasına başlayıb

“Ailələrə Sosial Dəstək” İctimai Birliyi “Təhsilli gələcəyə sahib olaq" layihəsinin icrasına başlayıb backend

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Təhsilli gələcəyə sahib olaq" layihəsi 01 avqust 2023-cü il tarixindən fəaliyyətə başlayıb.

Layihənin əsas məqsədi təhsilli bir cəmiyyətə sahib olmaq üçün, ən vacib amil qızların təhsilə cəlb olunmasıdır. Qızların təhsil almasına mane olan sosial, mədəni-məişət xarakterli maneələrin, cəmiyyətdə hələ də qalmaqda olan köhnəlmiş təsəvvür və stereotiplərin aradan qaldırılması, qızların təhsildən uzaqlaşmasına səbəb olan erkən nikahlar və bu kimi digər meyllərin qarşısının alınması vacib şərtdir. Yeniyetmə qızların təhsildən ayırıb erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələri onların təhsilinə, bir fərd kimi inkişafına mane olduğu, psixoloji vəziyyətlərinə mənfi təsir göstərdiyi kimi, cəmiyyətin də inkişafına zərbə vurur. Layihə icra olunarkən bu təhlükənin qarşısının alınması üçün ilk növbədə yeniyetmə qızlar və valideynlər arasında bu istiqamətdə intensiv maarifləndirici işlər aparılacaq, o cümlədən insanların əsas hüquqlarından birinin təhsil almaq olduğunun yeniyetmə qızlara aşılanması, uşaqların, xüsusilə də qızların cəmiyyətin inkişafında mühüm faktorlardan olan təhsildən yayınmaması, qızların təhsillərini davam etdirərək inkişafla ayaqlaşmasına, maddi və mənəvi müxtəlifliyin içində doğrunu seçməklərinə, mütərəqqi düşünə bilmək və mütərəqqi ola bilmələrinə stimul vermək, yeniyetmə qızların harmonik inkişafına kömək edilməsi, geriqalma probleminin aradan qaldırılması üzrə maarifləndirmə işi aparmaqdır. Layihənin icrası zamanı, keçirilən tədbirlər nəticəsində yeniyetmələr erkən nikahın zərərləri, təhsilin bugünkü və gələcək əhəmiyyəti barədə məlumatlanacaqlar,

Təhsil almaq hüququ hər bir vətəndaşa şamil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Qızlarının bu hüququnun əlindən alınması özü qanun pozuntusudur. Nə fiziki, nə də psixoloji ailə həyatına hazır olmayan yeniyetmə qızların erkən nikaha sövq edilməsi böyük təhlükədir. Hazırda boşanan cütlüklərin də bir çoxu erkən nikaha sövq edilənlərdir. Bu gün vətəndaş cəmiyyəti institutları olaraq qızların təhsili ilə yaxından maraqlanmalı və onları elmə, biliyə yönəltməliyik. Çünki təhsildən kənarda qalan cəmiyyətdə inkişaf ola bilməz. Bir qızın təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ananın olması deməkdir. Layihənin icra müddəti 3 aydır. 3 ay ərzində Quba rayonunda tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində əldə olunacaq bütün nəticələr sosial media hesabları üzərindən ictimaiyyətin diqqətinə çatdırılacaqdır.

"Ailələrə Sosial Dəstək" ictimai birliyinin sədri, layihənin rəhbəri Esmira Rəhimova

Xeberdar.net

Diaspora