Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanına dəyişiklik edildi

Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanına  dəyişiklik edildi backend

Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının proqramına dəyişiklik edilib.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Aparılan araşdırmalar göstərir ki, dövlət qulluqçularının kompüter və internetdən təhlükəsiz istifadə üzrə baza bilikləri və bu sahədə müvafiq səriştələrinin kifayət qədər olmaması dövlət orqanlarında informasiya təhlükəsizliyi təminatına mənfi təsir göstərir. Məsələnin əhəmiyyəti nəzərə alınaraq dövlət qulluğuna qəbul imtahanlarına informasiya texnologiyalarından (kompüterdən, internetdən, mobil telefondan) təhlükəsiz istifadəyə dair test tapşırıqlarının da daxil edilməsi məqsədəuyğun hesab edilib.

Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının informasiya texnologiyaları üzrə proqramına müəyyən dəyişikliklər edilib, imtahan proqramına “İnformasiya təhlükəsizliyi” mövzusu da daxil edilib.

2023-cü il oktyabr ayından etibarən keçirilən imtahanlarda bu mövzuya dair test tapşırıqlarının da istifadə edilməsi nəzərdə tutulur.

İmtahana hazırlaşan namizədlər aşağıdakı linkə daxil olub proqramla tanış ola bilərlər:

https://exidmet.dim.gov.az/dqq/Elan/TestImtProq

Diaspora