İşgaldan azad edilmiş ərazilərdə yeni tədris ilində dörd məktəb açılacaq.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Həmin məktəblər və şagird sayı ilə bağlı məlumatlar aşağıdakı kimidir:
Füzuli şəhər 1 nömrəli tam orta məktəb, şagird sayı 349
Şuşa şəhəri 1 nömrəli tam orta məktəb, şagird sayı 314 (Şuşa şəhərinə hələ köç başlamayıb)
Laçın şəhər 2 nömrəli tam orta məktəb, şagird sayı 227
Laçın şəhəri Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəb, şagird sayı 147 (Zabux kəndinə hələ köç başlamayıb)
Qeyd edək ki, Laçın rayonu Sus kəndində məktəb tikintisinə başlanılıb.