Elm və Təhsil Nazirliyi ümumi orta təhsil haqqında şəhadətnamə və tam orta təhsil haqqında attestatların bir hissəsinin elektronlaşdırılmasını başa çatdırıb.
Nazirlikdən bildirilib ki, artıq vətəndaşlar "myGov" portalından qeydiyyatdan keçərək "Məlumatlarım" hissəsində sözügedən sənədlər barədə elektron arayışı asanlıqla əldə edə bilər.
Bu elektron xidmət istifadəçiləri heç yerə getmədən onlayn rejimdə sistem tərəfindən avtomatik formalaşan arayışı elektron şəkildə istənilən yerə ünvanlaya bilər.
Qeyd edilib ki, dövlət elektron məlumat sistemində olan bu məlumatlar 2015-ci ildən hazıradək olan dövrü əhatə edir. Hazırda ETN tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən arayışların elektronlaşması prosesi davam edir.