Avqustun 8-də Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə əməkdaşlığı ilə “TİPx: Alqoritmdən kənar” konfransı keçiriləcək.
QAZİLER AZ AZƏRTAC-a istinadən xəbər verir ki, konfransın məqsədi "Technest" layihəsinin tələbələrinə yumşaq bacarıqların inkişaf etdirilməsinə dəstək olmaqdır.
Tədbirdə 4 spiker aşağıdakı mövzularda çıxış edəcək:
Mələk Kərimova - "Virtual körpülər: məsafədən effektiv idarəetmə"
Sevda Əliyeva - "Homo Digitalis. Meta-bacarıqlar";
İlham Ali Yusif - "Saat əqrəbi istiqamətində uğur".
Qeyd edək ki, tədbir "Technest" layihəsinin tələbə və məzunları üçün nəzərdə tutulub.