Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir milli layihənin icrasına başlanılıb

Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir milli layihənin icrasına başlanılıb backend

Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) İctimai Birliyi tərəfindən cənub bölgəsində “Azərbaycanda qadın hüquqlarının təbliğ olunması və qadınların ictimai iştirakçılığının artırılması mövzusunda tədbirlərin təşkili” adlı layihənin həyata keçirilməsinə başlanılıb. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, layihənin məqsədi Azərbaycanda ailə, qadın, uşaq və gender məsələlərinin aktuallığını gündəmə gətirməklə, cəmiyyətdə qadın hüquqlarının və qadınların ictimai iştirakçılığının təbliği və təşviqi sahəsində gənclərin, xüsusilə də, gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini təşkil etmək, habelə ailələrin dağılmasına və boşanmaların artmasına səbəb olan məişət zorakılığı ilə mübarizəni gücləndirməkdən ötrü bu istiqamətdə geniş profilaktik və preventiv tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Üç ay davam edəcək layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, elektron ərizə əsasında respublika üzrə 18-35 yaş arası 22 gənc və gənc ailə təmsilçiləri üçün Lənkəran şəhərində ailə, qadın, uşaq və gender məsələləri mövzusunda 3 günlük nəzəri-praktik konfrans təşkil olunacaq.

 

 

 

 

 

Diaspora