Abituriyentlərin qəbul imtahanlarında zəif nəticələri ARTIR - Məsuliyyət kimindir?

Abituriyentlərin qəbul imtahanlarında zəif nəticələri ARTIR -  Məsuliyyət kimindir? backend

“Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib ki, I–IV qrup üzrə qəbul imtahanlarında abituriyentlərin 42,79%-i 200-dən az bal toplayıb. Keçən il abituriyentlərin 42.8 faizi imtahandan “2”, 22.0%-i “3”, 25.6%-i “4”, 9.6%-i isə “5” qiymət alıb.

Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 48.20%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur və abituriyentlərin yarıdan çoxu (51.74%) 100-150 bal intervalında nəticə göstərib.

Bəs göstəricələrin aşağı düşməsinin səbəbi nələrdir? Ölkədə repetitor fəaliyyətinin geniş yayılmasına baxmayaraq, nəticələrin aşağı olması şagirdlərin yoxsa təhsil sisteminin məsuliyyətsizliyidir?

 

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Elşən Qafarov qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin(DİM) statistikası ilə təhsilin vəziyyətini ölçmək düzgün deyil. Dövlət İmtahan Mərkəzi testləri özü hazırlayır,öz proqramlarına uyğun olaraq və istənilən halda təhsil prosessinin bərbad olması ilə bağlı fikir yarada bilir.

"Bəli,təhsil sistemində problemlər var. Problemlərin gözlə görünməyən tərəfləri də var. Amma DİM özü həm test hazırlayır, vəsait satır, həm də öz proqramını tərtib edir. Halbuki bu dövlətin təhsil standartlarına uyğun təhsili həyata keçirən 5 minə yaxın ümumtəhsil məktəbinə inamsızlıq yaradır. Bu məsələ ilə bağlı illərdir təklif edirik ki, DİM-dən test hazırlama səlahiyyəti alınsın və test mərkəzi və ya institutu yaradılsın və Dövlət İmtahan mərkəzi imtahanları keçirən texniki qurum olsun. İstənilən halda sualları özü hazırlayan qurum istədiyi statistikanı çıxara bilər. DİM Azərbaycan gəncinin təhsil alması önündə bariyerdir. Ölkədə repetitorluğun geniş yayılması üçün əsas şəraiti DİM-in keçirdiyi imtahan mexanizmləri yaradır",- deyə o əlavə edib.

Diaspora