Məktəb direktorları və müavinlərinin sertifikasiyada iştirakı məsələsinə aydınlıq gətirilib

Məktəb direktorları və müavinlərinin sertifikasiyada iştirakı məsələsinə aydınlıq gətirilib backend

“Ötən həftələrdə sertifikasiya imtahanlarına yaşı 60-a qədər ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri cəlb edilib”.

Apa xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, növbəti aylarda da sertifikasiya imtahanları nəzərdə tutulub:

“Bu ötən il sertifikasiyada iştirak edib uğur qazana bilməyən, eyni zamanda 60 yaşı tamam olmuş və qeyd edilən ixtisaslar üzrə çalışan müəllimlərlə bağlı olacaq. Yaşı 60 və daha yuxarı olan müəllimlərlə bağlı hansı qərar veriləcəksə, ona uyğun da təşkil ediləcək. Bununla bağlı dəyişikliklər artıq qüvvəyə minəndən sonra qərar veriləcək”.

Şöbə müdiri həmçinin deyib ki, məktəb direktorları və direktor müavinlərinin sertifikasiyada iştirakı hazırda nəzərdə tutulmur:

“Hazırda prioritet olan 140 minə yaxın müəllimin sertifikasdiyadan keçməsidir. Yalnız bundan sonra bu məsələni də düşünmək olar. Hansı illər üzrə hansı fənlərdən sertifikasiya imtahanının keçirilməsi barədə əvvəlcədən Nazirlik tərəfindən məlumatlar veriləcək”.

Diaspora