DİM: Dövlət Qulluğu Məcəlləsinin və səriştə modelinin layihəsi hazırlanıb

DİM: Dövlət Qulluğu Məcəlləsinin və səriştə modelinin layihəsi hazırlanıb backend

Ümummilli Liderin dövlət qulluğu sahəsində apardığı ardıcıl uğurlu siyasətin məntiqi nəticəsi olaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” təsdiq edilib.

Apa xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə peşə bayramı münasibətilə dövlət qulluqçularını təbrikində bildirib. Onun sözlərinə görə, strategiyanın əsas inkişaf istiqamətlərinə nümunə olaraq dövlət qulluğunda kadr siyasətinin inkişafını, dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqini, dövlət qulluğunda mütərəqqi motivasiya (həvəsləndirmə) sisteminin yaradılmasını və s. göstərmək olar:

 

“Strategiyanın əsas inkişaf istiqamətlərinə və hədəflərinə uyğun olaraq Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanıb, hal‑hazırda onun təkmilləşdirilməsi prosesi gedir. Bununla yanaşı, Strategiyanın istiqamətinə müvafiq olaraq dövlət qulluğunda səriştə modelinin layihəsi hazırlanıb. Hazırda layihə modelin tətbiqi üçün beynəlxalq təcrübənin öyrənilməsi və ümumi gedişatın müəyyən olunması mərhələsindədir"

Diaspora