"Xaricdə təhsil alan Azərbaycan vətəndaşları dövlət qulluğunda işləmək istəyən zaman imtahan verdikdə bizə irad tuturlar. Onlar Azərbaycan dilində imtahan verə bilmədiklərini qeyd edirlər”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı bildirib.
O bildirib ki, buna səbəb kimi onlar xarici dildə təhsil aldıqlarını əsas gətirirlər:
“Dövlət qulluğunda işləmək istəyən ana dilimizi aydın bilməlidir. Ola bilsin ki, gələcəkdə bununla bağlı namizədlərin dövlət dili biliklərinin B2 səviyyəsində olmasını yoxlayıb, dövlət qulluğuna qəbul etmək mümkün ola bilər. Təbii ki, bu da qanunvericilikdə öz əksini tapmalıdır. Hər halda məsələ müzakirə oluna bilər”.