Direktor və direktor müavinləri müsabiqəsində sertifikasiyada uğurlu olan müəllimlərə üstünlük veriləcək.
Modern.az xəbər verir ki, bunu Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, həmçinin məktəb əsaslı metorik xidmətin təşkili məzərdə tutulur.
"Məktəblərdə metodistlər sertifikasiya balı yüksək olan şəxslərdən seçiləcək. Həmçinin dövlət təltifatlarının verilməsində də sertifikasiya balı əsas götürüləcək, - deyə R.Əzizov qeyd edib.