“Bu il Azərbaycan üzrə 300 məktəbdə pilot layihə kimi şagird davranış qaydalarına dair proses başlayıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, sentyabrdan bütün məktəblərdə şagird davranış qaydaları tətbiq ediləcək.