Nazir təhsildən yayınma hallarından danışdı

Nazir təhsildən yayınma hallarından danışdı backend

Bütün dünyada olduğu kimi, Azərbaycanda da təhsildən yayınma halları var.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Astarada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Təhsil Festivalında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, insanlar pozitivə köklənməyi öyrənməlidir:

“Biz bəzən pozitivlə neqativ arasında daha çox neqativi qabartmağı sevirik. Amma ümumilikdə bugünkü səhnə bizi sevindirdi. Ümid edirəm ki, gələcəkdə belə tədbirlər çox edəcəyik. Bu festival göstərdi ki, ölkənin bölgələrindəki təhsil müəssisələrində çox müxtəlif, maraqlı layihələr icra olunur. İnanıram ki, belə tipli tədbirlər ilk növbədə şagirdlərin özləri üçün çox faydalıdır. Şagirdlər belə tədbirlərdən sonra daha motivasiyalı olub, öyrənməyə, hazırlıqlı olmağa, daha yaxşı vətəndaş olmağa cəhd göstərəcəklər".

 

 

Diaspora