İyunun 20-də tədris digər dillərdə aparılan bölmələrdə məktəb seçimi başlayır.
Qaziler.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.
O bildirib ki, proses sentyabrın 14-nə qədər davam edəcək:
Nazirlik rəsmisi söyləyib ki, amma müsahibədən keçmək istənilən məktəbdə yer tapmaq anlamına gəlmir: “Burada sıxlıq və prioritet məsələsi var. Əsas prioritetlər sırasında başqa övladın həmin məktəbdə təhsil alması, yaxud valideynlərdən birinin orada işləməsi, eyni zamanda həmin ərazidə yaşamaq yer alıb. Bu üç prioritetlərdən biri varsa seçim edən şagird həmin məktəbə qəbul edilir”.
Qeyd edək ki, bu gündən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.