Bakı Ali Neft Məktəbi – İğdır Universiteti – Heydər Əliyev-100 (FOTO)

Bakı Ali Neft Məktəbi – İğdır Universiteti – Heydər Əliyev-100 (FOTO) backend

Türkiyənin İğdır Universitetində SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyevin anadan olmasının 100-cü ili” adlı konfrans keçirilib.

BANM-dan Trend- bildirilib ki, konfransa BANM-in rektoru Elmar Qasımov, İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma, akademik heyət və tələbələr qatılıblar.

Konfransda çıxış edən rektor Elmar Qasımov Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində yerləşən “Ümid” körpüsündən və Ulu Öndər Heydər Əliyevin körpünün açılmasında müstəsna xidmətlərindən bəhs edib. Rektor 1992-ci ildə istifadəyə verilən bu körpünü “könül körpüsü” adlandırıb: “Naxçıvandan İğdıra quru yolla gəldik, körpüdən, yəni “Ümid” körpüsündən keçdik. O körpü 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qurulub və Azərbaycanı qardaş Türkiyə ilə birləşdirib”.

İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma isə çıxışında Türkiyədə baş verən zəlzələ zamanı Azərbaycanın göstərdiyi yardımlara görə təşəkkür edib və Azərbaycan-Türkiyə münasibətlərinə toxunub. Rektor Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ili və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu bu ili tarixi, əlamətdar il adlandırıb.

Konfrans Bakı Ali Neft Məktəbi ilə İğdır Universiteti arasında birgə əməkdaşlığa dair sənədin imzalanması ilə yekunlaşıb

 

 

Diaspora