Heç bir ali təhsil müəssisəsində akkreditasiya prosesi yekunlaşmayıb - Nazirlik

Heç bir ali təhsil müəssisəsində akkreditasiya prosesi yekunlaşmayıb -  Nazirlik backend

Ali təhsil müəssisəsinin (ATM) akkreditasiya prosesi ümumi olaraq 6 ay müddətini əhatə edir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, proses 3 hissədən ibarət olmaqla 1-ci mərhələ 3 ay müddətində ATM tərəfindən özünütəhlil hesabatının yazılması, 2-ci mərhələ Akkreditasiya Komissiyanın yaradılması, komissiya üzvləri üçün təlimlərin keçirilməsi, ATM-ə sahə səfəri və yekun hesabatın hazırlanması, 3-cü mərhələ isə Akkreditasiya Şurası tərəfindən müzakirələr və qərar qəbuletmədən ibarətdir.

"Qeyd etmək istərdik ki, hal-hazırda heç bir ali təhsil müəssisəsində akkreditasiya prosesi yekunlaşmayıb. Proses yekunlaşdıqdan sonra ictimaiyyətə bütün zəruri məlumatlar təqdim ediləcəkdir", - deyə əlavə edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 30 sentyabr 2022-ci il KQ-5 nömrəli Kollegiyasının Qərarı ilə “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” təsdiq edilib.

Bununla bağlı olaraq, müvafiq qrafikə uyğun olaraq ali təhsil müəssisələrinin akkreditasiya prosesinə start verilib.

Diaspora